-3 C
Baku
Sunday, December 15, 2024

Tikinti şirkətinə ağacları qanunsuz kəsdiyinə görə 35 min manat cərimə protokolu yazılıb

Tikinti şirkəti “ELİPS-R LTD” MMC məhkəməyə verilib.

Banker.az xəbər verir ki, MMC ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydalari əleyhinə olan inzibati xəta törətməkdə ittiham edilir.

Şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci (Şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən hər bir ağacın və ya kol əkililərinin qanunsuz kəsilməsi) maddəsi ilə protokol tərtib edilib.

İşə Nəsimi Rayon Məhkəməsinə baxılacaq. Anar İbadzadə iş üzrə hakim təyin edilib.

253.3.1-ci maddəyə görə, fiziki şəxslər iki min iki yüz manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər otuz beş min manat miqdarında cərimə edilir.

Son xəbərlər
Digər xəbərlər