Tikinti şirkətinin “Continental Construction and Industrial Co” ASC-nin dövlətə 106 574 manat vergi borcu var.
Banker.az bunu Dövlət Vergi Xidmətinin bazasındakı 5 mart 2024-cü il tarixinə olan göstəricilərinə istinadən xəbər verir.
Xatırladaq ki, bu şirkət 1998-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 453 280 manatdır və qanuni təmsilçisi Omarov Qorçu Cəlil oğludur. Şirkətin əsas fəaliyyət istiqaməti əsaslı tikinti, əsaslı təmirə əsaslanaraq, istənilən inzibati, ictimai bina, şəxsi obyektlər, ofislər, fərdi evlərin tikintisi həyata keçirilməsindən ibarətdir.