Tikinti sektorunda fəaliyyət göstərən “Uni Ko” QSC (Unico) şirkətinin rəhbərliyində yeni təyinat baş tutub. Banker.az-ın məlumatına görə, Hikmət Hüseynov şirkətin Baş İcraçı Direktoruna müşavir təyin edilib.
Hikmət Hüseynov, bu təyinatdan əvvəl 2021-ci ildən etibarən GP Holding-in tərkibində fəaliyyət göstərən MKT İstehsalat Kommersiya MMC, Gilan Tekstil Parkı və Mingəçevir Tekstil Parkı kimi aparıcı şirkətlərdə Biznesin İnkişafı Departamentinin Direktoru vəzifəsində uğurla çalışmışdır. 2024-cü ilin avqust ayından etibarən isə o, Baş Kommersiya Direktorunun müavini vəzifəsini icra etmişdir.
Xatırladaq ki, “Uni Ko” QSC 2007-ci ildə Şafiddin Pirmətov tərəfindən təsis edilib və hazırda 10 milyon manat nizamnamə kapitalına malikdir. Şirkətin direktoru Elçin Axundovdur.