6 C
Baku
Monday, January 13, 2025

Tikinti şirkətləri keçən il 3 mlrd. üzərində mənfəət əldə ediblər – HESABAT

Azərbaycanda tikinti şirkətləri keçən il ümumilikdə 3.06 milyard manat həcmində mənfəət əldə ediblər. Bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 59 faiz çoxdur.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, şirkətlər 2022-ci ildə ümumilikdə 1.63 mlrd. manat ümumi mənfəət əldə etmişdilər.

Ümumi mənfəət dedikdə, şirkətlərin mal satışı və ya xidmətdən əldə etdiyi gəlirlərlə onların maya dəyəri arasındakı fərq başa düşülür.

Tikinti şirkətlərinin gəlirləri illik müqayisədə 37 faiz artımla 11.75 mlrd. manatdan 16.13 manata qədər yüksəlib. Şirkətlərin xərcləri isə illik müqayisədə 22 faiz artımla 11.1 mlrd. manatdan 13.52 mlrd. manata yüksəlib.23432

Son xəbərlər
Digər xəbərlər