“Tikinti Təchizat Bərpa” QSC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.
Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.
Məlumata əsasən, “Tikinti Təchizat Bərpa” QSC-nin vergi borcu 2 235 027.96 manatdır. Bu vergi borcu 12.12.2023-cü il tarixinə olan məlumatdır.
Qeyd edək ki, bu şirkət 2018-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 2 000 manatdır və qanuni təmsilçisi Rauf Əliyevdir.