“Tikinti-Təmir-Təchizat-Bərpa” QSC 2023-cü ili 350 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2022-ci ildə 182 min manat xalis mənfəət etmişdir ki, bu da illik müqayisədə 2 dəfəyə yaxın artımdır.
Banker.az bu barədə QSC-nin maliyyə hesabatına istinadən xəbər verir.
“Tikinti-Təmir-Təchizat-Bərpa”nın 2023-cü ildə əsas əməliyyat gəlirləri 17 milyon 518 min manat, satışın maya dəyəri üzrə xərcləri 14 milyon 272 min manat, inzibati xərcləri 184 min manat və sair əməliyyat xərcləri isə 2 milyon 624 min manat təşkil edib.
“Tikinti-Təmir-Təchizat-Bərpa” QSC-nin hüquqi ünvanı Bakı, Xətai rayonu, General Səmədbəy Mehmandarov, ev 98, m 47-dir. Şirkətin qanuni təmsilçisi Elçin Əbilovdur.