“Tikinti-Təmir-Təchizat-Bərpa” QSC 2022-ci ili 182 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, şirkət 2021-ci ili 217 min manat xalis zərər ilə bağlamışdır.
Banker.az bu barədə QSC-nin maliyyə hesabatına istinadən xəbər verir.
“Tikinti-Təmir-Təchizat-Bərpa”nın 2022-ci ildə əsas əməliyyat gəlirləri 5 milyon 847 min manat, satışın maya dəyəri üzrə xərcləri 5 milyon 66 min manat, inzibati xərcləri 245 min manat və sair əməliyyat xərcləri isə 308 min manat təşkil edib.
“Tikinti-Təmir-Təchizat-Bərpa” QSC-nin hüquqi ünvanı Bakı, Xətai rayonu, General Səmədbəy Mehmandarov, ev 98, m 47-dir. Şirkətin qanuni təmsilçisi Elçin Əbilovdur.