19 C
Baku
Saturday, May 31, 2025

“Tikinti-Təmir-Təchizat-Bərpa” şirkətinin ötən il mənfəəti azalıb

“Tikinti-Təmir-Təchizat-Bərpa” QSC 2024-cü ili 271 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2023-cü ildə 350 min manat xalis mənfəət etmişdir ki, bu da illik müqayisədə 23% azalma deməkdir.

Banker.az bu barədə QSC-nin maliyyə hesabatına istinadən xəbər verir.

“Tikinti-Təmir-Təchizat-Bərpa”nın 2024-cü ildə əsas əməliyyat gəlirləri 21 milyon 980 min manat, satışın maya dəyəri üzrə xərcləri 19 milyon 234 min manat, inzibati xərcləri 278 min manat, kommersiya xərcləri 2 milyon 670 min manat təşkil edib.

“Tikinti-Təmir-Təchizat-Bərpa” QSC-nin hüquqi ünvanı Bakı, Xətai rayonu, General Səmədbəy Mehmandarov, ev 98, m 47-dir. Şirkətin qanuni təmsilçisi Elçin Əbilovdur və nizamnamə kapitalı 2050 manatdır.

Son xəbərlər
Digər xəbərlər