21 C
Baku
Tuesday, October 8, 2024

Tikintiyə dair Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərində dəyişiklik edilib

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi barədə” 2006-cı il 19 aprel tarixli 394 nömrəli və “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2014-cü il 17 noyabr tarixli 349 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərman imzalayıb.

Fərmanda deyilir,

1. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə”nin 8.21-ci bəndinə “prosesində” sözündən sonra “qanunvericiliklə müəyyən edilmiş hallarda” sözləri əlavə edilsin.

Bu FHN-nin əsasnaməsində vəzifələri hissəsinə daxildir (Əvvəl8.21. mühəndis-axtarış işi sahəsində vahid texniki tənzimlənməni həyata keçirmək, tikinti işlərinin layihələndirilməsi prosesində mühəndis-axtarış işləri üzrə materialların və hesabat xarakterli məlumatların toplanmasını, öyrənilməsini, rəy verilməsini təmin etmək, onlardan norma və standartlara uyğun istifadəyə öz səlahiyyətləri daxilində nəzarət etmək;).

2. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.2-ci bənddə “və” sözü “, tikintiyə icazədə tikinti işlərinin başlanılması üçün əlavə şərtlər nəzərdə tutulduqda isə” sözləri ilə əvəz edilsin;

2.2. aşağıdakı məzmunda 2.5-1-ci bənd əlavə edilsin:

“2.5-1. Məcəllənin 89.1.1-ci, 89.1.3-cü və 89.1.7-ci maddələrində nəzərdə tutulan tikinti obyektlərinə münasibətdə dövlət nəzarəti yalnız özülün quraşdırılması mərhələsində həyata keçirilir.”;

2.3. 2.12-ci bəndə “obyektlərin,” sözündən sonra “habelə Məcəllənin 89.1.1-ci, 89.1.3-cü və 89.1.7-ci maddələrində nəzərdə tutulan tikinti obyektlərinin,” sözləri əlavə edilsin və həmin bənddə “tikintisi üçün” sözləri “tikintisinə başlamaq üçün” sözləri ilə əvəz edilsin;

2.4. 2.14-cü bəndə “qeydlər aparılmaqla” sözlərindən sonra “(bu Qaydaların 2.12-ci bəndində müəyyən edilən tikinti obyektlərinə münasibətdə istisna olmaqla)” sözləri əlavə edilsin;

2.5. 2.16-cı bəndə “qeydlər aparmaqla” sözlərindən sonra “(bu Qaydaların 2.12-ci bəndində müəyyən edilən tikinti obyektlərinə münasibətdə istisna olmaqla)” sözləri, “(podratçıdan)” sözündən sonra isə “yazılı şəkildə” sözləri əlavə edilsin;

2.6. 2.19-cu bəndin birinci cümləsinə “qeydlər aparılmaqla” sözlərindən sonra “(bu Qaydaların 2.12-ci bəndində müəyyən edilən tikinti obyektlərinə münasibətdə istisna olmaqla)” sözləri, “(podratçıdan)” sözündən sonra isə “yazılı şəkildə” sözləri əlavə edilsin;

2.7. 3.1.2-ci yarımbənddən “və xüsusi nişanın” sözləri çıxarılsın;

2.8. həmin Qaydalara əlavə ¬¬¬– “Tikintidə dövlət nəzarəti jurnalı”nda “Qeydlər”in 1-ci hissəsində “və” sözü “, tikintiyə icazədə tikinti işlərinin başlanılması üçün əlavə şərtlər nəzərdə tutulduqda isə” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 may 2019-cu il.

Son xəbərlər
Digər xəbərlər