24 C
Baku
Thursday, June 30, 2022

TikTok 2021-ci ildə internetdə ən çox ziyarət edilən resurs oldu

TikTok sosial şəbəkəsi 2021-ci ilin ən çox ziyarət edilən internet resursu olub və ötən ilin lideri – “Google” veb-saytını geridə qoyub.

Bu barədə “The Wall Street Journal” xəbər verir.

Nəşrin məlumatına görə, TikTok bu ilin fevralında reytinqdə lider mövqe tutmağa başlayıb. Avqust ayında xidmətin populyarlığı artıb.

“Cloudflare” şirkəti hesablamaları həm internet saytının istifadəçilərinin ziyarətlərini, həm də sosial şəbəkə proqramından istifadəni nəzərə alıb. Qeyd olunur ki, ötən il “Cloudfare” TikTok-a reytinqdə yalnız yeddinci yeri verib.

Qısa videoları yükləməyə imkan verən Çin sosial şəbəkəsi TikTok 2018-ci ilin ortalarında istifadəyə verilib. O, 2012-ci ildə qurulan “ByteDance”ə məxsusdur.

MənbəReport
Son xəbərlər
Oxşar xəbərlər