“TikTok” Donald Tramp administrasiyasına qarşı qaldırdığı iddia ərizəsində aktiv istifadəçilərinin sayı barədə məlumatları açıqlayıb.
Banker.az xəbər verir ki, bu haqda CNBC xəbər verib. Göstərildiyi kimi, xidmətin auditoriyası 2018-ci ilin yanvar ayından 2019-cu ilin fevral ayına kimi 11 milyondan 27 milyona qədər artıb (təkcə ABŞ-da).
2020-ci ilin avqust ayında ABŞ-da “TikTok” istifadəçilərinin sayı artıq 100 milyonu keçib. Beləliklə, 2018-ci ilin yanvarından bəri artım 800% təşkil edib.
Şirkətin qlobal auditoriyasına gəldikdə, 2018-ci ilin yanvarında istifadəçilərin sayı təxminən 55 milyon, 2019-cu ilin dekabrında 507 milyon, 2020-ci ilin avqustunda isə 700 milyon nəfər təşkil edib.