15 C
Baku
Friday, April 26, 2024

“TikTok” ABŞ ilə ticarət razılaşmasına dair dialoqu davam etdirmək niyyətini açıqlayıb

Çin sosial şəbəkəsi “TikTok”, biznesinin satılması ilə bağlı Amerika tərəfi ilə müzakirələri davam etdirmək niyyətində olduğunu bildirib.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Bundan əlavə, şirkət ABŞ səlahiyyətlilərinin tətbiqin “Apple” və “Google” mağazalarından yüklənməsinin qadağan edilməsi ilə əlaqədar olaraq Amerika məhkəməsinə təşəkkür edib.

“Hal-hazırda hökumətlə dialoq aparacağıq ki, prezidentin keçən həftə təsdiqlədiyi təklifimiz razılaşmaya çevrilsin”, – deyə “TikTok” vurğulayıb.

Qeyd edildiyi kimi, ABŞ administrasiyası “TikTok”u tətbiqetmənin amerikalıların şəxsi məlumatlarını ÇXR hökumətinə ötürməkdə günahlandırır. Bununla əlaqədar olaraq, Tramp avqust ayında “TikTok və WeChat təhdidinə qarşı mübarizə haqqında” fərman imzalayıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər