17 C
Baku
Çərşənbə, Sentyabr 29, 2021

“TikTok” kriptovalyuta ilə bağlı kontenti silməyə başlayıb

Screen Shot 2021 09 02 at 14.34.20

“TikTok” sosial şəbəkəsi kriptovalyuta ilə bağlı kontenti silməyə başlayıb.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Qeyd edək ki, iyul ayında şəbəkə siyasətini pozan videoları blok edəcək sistem tətbiq edib.

Kontent yaradıcıları “CNBC”yə bildiriblər ki, “TikTok” heç bir izah vermədən təhsil haqqında videoları silir. Hətta bəzi istifadəçilərin hesabları müvəqqəti olaraq bloklanır.

Bununla yanaşı, müəlliflərin böyük hissəsi kriptovalyuta haqqında kontentin tanıtımı üçün ödəmiş almadığını söyləyib. Onların sözlərinə görə, iyul ayından bəri baxış və yeni izləyicilərin sayı əhəmiyyətli dərəcədə azalıb.

Müəlliflər “qanunsuz fəaliyyət və tənzimlənən mallar” prinsipinin pozulması haqqında bildirib alırlar. Problem reklamda deyil, “TikTok”un kriptokontentə qarşı tətbiq etdiyi senzuradadır.

Bəzi istifadəçilər bu səbəbdən digər platformaları nəzərdən keçirdiyini söyləyiblər – “YouTube”, “Facebook”, “Instagram”, “Twitter”.

“TikTok” özü bu məsələyə şərh bildirmədən imtina edib.

Screen Shot 2021 09 23 at 11.36.43
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər