Hər ay ən çox yüklənən, gəlir gətirən tətbiqləri açıqlayan SensorTower bu ayın statistikalarını təqdim edib.
Göstəricilərə görə, hər zaman ən çox yüklənən tətbiq olan TikTok liderliyi WhatsApp platformasına verib. Noyabr ayı ərzində WhatsApp 60 milyona yaxın yüklənib. Onların 30%-i Hindistan, 10%-i isə Nigeriyadan olub.
Siyahıda ikinci yerdə TikTok qərarlaşıb.
Sözügedən platformanı ardıcıl olaraq Feysbuk, Weather& Radar USA, İnstaqram, Zoom, Snapchat, Messenger, Telegram, SnackVideo təqib edib.