BBC Dünya Xidmətinin araşdırması TikTok-un Suriyadakı yüzlərlə köçkün ailəyə tətbiqi vasitəsilə verilən ianələrin 70%-ni götürdüyünü ortaya çıxarıb.
Təhqiqat aşkarlayıb ki, Tiktok-a bağlı agentliklərlə işləyən “Tiktok vasitəçiləri” qaçqın ailələrinə, o cümlədən uşaqlara saatlarla canlı yayım edib ianə istəmək üçün avadanlıq və hesablara giriş imkanı verir.
Xeyriyyə təşkilatları TikTok-u öz şərtlərini və ailələrin insan hüquqlarını pozmaqda ittiham edib.