14 C
Baku
Saturday, November 16, 2024

“TikTok” sahibinin şirkəti 100 milyard dollardan yüksək qiymətləndirilib

Çinin “ByteDance” şirkətinin kapitallaşması 100 milyard dolları ötüb. Banker.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “Bloomberg” məlumat verib.

Xatırladaq ki, 2018-ci ildə “ByteDance” 75 milyard dollar dəyərində qiymətləndirmə ilə 3 milyard dollar cəlb etmişdi. Lakin buna baxmayaraq, yenə ən bahalı şirkətlərdən biri idi. O vaxtdan bəri “ByteDance” şirkətinin dəyəri 33% artıb.

Son sövdələşmələrdə “ByteDance” 140 milyard dollar dəyərində qiymətləndirilib. Bunlar özəl əməliyyatlardır, hansılarkı investorların gözləntilərini tam olaraq əks etdirə bilməz.

“Bloomberg” in qeyd etdiyi kimi, son illərdə “TikTok”un populyarlığı sayəsində “ByteDance” güclü şirkətə çevrilib. “TikTok”un Çin əkizi olan “Douyin” tətbiqinin və “Toutiao” xəbər servisinin aktiv auditoriyası 1,5 milyard nəfərə çatır.

Daha əvvəl mayın 19-da “Disney”in striminq xidmətinin mütəxəsisi Kevin Mayerin “TikTok” şirkətinin baş direktoru vəzifəsinə təyin edilməsi məlum olmuşdu.

Son xəbərlər
Digər xəbərlər