13 C
Baku
Friday, November 22, 2024

“TikTok” tətbiqin Amerika versiyasını hazırlayır

“TikTok” tətbiqin Amerika versiyasının yaradılması üzərində işə başlayıb. Bu, “TikTok”un sahibi olan Çinin “ByteDance” şirkətinin amerikalı istifadəçilərin şəxsi məlumatlarından öz dövlətinin xeyrinə istifadə edə biləcəyindən narahat olan ABŞ qanunvericilərinin təzyiqlərinə cavab olaraq edilir.

İnsayderlərin sözlərinə görə, hazırda layihə üzərində yüzlərlə proqramçı işləyir. Amerika versiyasında istifadə olunacaq hissəni müəyyən etmək üçün onlar milyonlarla “TikTok” kodunu təhlil etməli olacaqlar. Şirkətdən verilən məlumata görə, bu, ən azı bir il çəkəcək.

Məqsəd “TikTok”un ABŞ bölməsini Çinin “ByteDance” şirkətindən tamamilə ayırmaqdır. İş başa çatdıqdan sonra tətbiqin ABŞ versiyası avtonom şəkildə, Çin hakimiyyətinin təsir imkanları olmadan fəaliyyət göstərəcək.

Son xəbərlər
Digər xəbərlər