0 C
Baku
Friday, February 28, 2025

“TikTok” Tailandın məlumat mərkəzlərinə $8.8 mlrd. investisiya qoyur

Çinin “ByteDance” korporasiyasına məxsus “TikTok” videoxidməti Tailandda məlumat mərkəzlərinin yaradılması və digər rəqəmsal infrastrukturun inkişafı üçün növbəti beş ildə 8.8 milyard dollar sərmayə qoyacaq. Bu barədə “TikTok”un hökumətlə əlaqələr üzrə vitse-prezidenti Helena Lerş bu gün, fevralın 28-də Banqkokda keçirilən tədbirdə bildirib. Onun sözlərinə görə, şirkət Tailandın hakimiyyət orqanları ilə bu cür investisiyalar barədə razılığa gəlib.

“TikTok”un Taylanddakı məlumat mərkəzlərinə investisiyası daha geniş tendensiyanın bir hissəsidir: bir çox Qərb və Çin korporasiyası Cənub-Şərqi Asiya ölkələrində yeni məlumat mərkəzləri, bulud və AI infrastrukturunun qurulmasına sərmayə qoyur. Belə ki, oktyabrda “Google” Tailandda 1 milyard dollarlıq, Malayziyada isə 6.5 milyard dollarlıq “Oracle” layihəsinə start verildiyini elan edib.

Son xəbərlər
Digər xəbərlər