15 C
Baku
Saturday, April 20, 2024

“TikTok” Trampın ultimatumuna cavab verdi

“TikTok” ABŞ prezidenti Donald Trampın ultimatumuna cavab verıb. Qeyd edildiyi kimi, tətbiqin rəhbərliyi məsələ ilə bağlı məhkəməyə müraciət edəcəyini bildirib.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Xatırladaq ki, daha əvvəl Tramp ölkə ərazisində “ByteDance” şirkəti ilə əməkdaşlığın ərzində dayandırılmasına 45 gün vaxt vermişdir.
Prezident “TikTok” tətbiqinin dezinformasiyanın yayılmasını təşviq edəcəyindən, habelə istifadəçi məlumatların Çinin hakimiyyət orqanlarına ötürə biləcəyindən şübhələnir.

“Biz istifadəçilərimizin məlumatlarını heç bir halda hökumətə ötürmədiyimizi açıq şəkildə bildirdik. Biz hətta biznesimizi Amerika şirkətlərinə satmağa hazır olduğumuzu qeyd etdik”, – deyə sosial şəbəkənin nümayəndələri bildirirlər.

Bundan əlavə, “TikTok” ABŞ hökumətini qanuni prosedurları pozmaqda və özəl sektora qarışmaqda ittiham edir.
Şirkət prezidentin qəbul etdiyi sərəncamın ABŞ-dakı qanunlara uyğunluğunu şübhə altına alır.

Son xəbərlər
Digər xəbərlər