9 C
Baku
Friday, December 13, 2024

“TikTok” valideyn nəzarəti üçün yeni funksiyaları işə saldı

“TikTok” şəbəkəsi uşaqlarını arzuolunmaz kontentdən qorumaq istəyən valideynlər üçün yeni nəzarət funksiyalarını işə salıb.

Banker.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.

Beləliklə, “Ailə ayarları” aləti çərçivəsində valideynlər yeniyetmə övladlarını yaradıcılıq işlərdə dəstəkləyə, o cümlədən onları arzuolunmaz kontentdən qoruya biləcəklər.

Bundan əlavə, “TikTok” yeni “Axtarış” funksiyasını işə salıb, onun vasitəsilə arzuolunmaz video, həştəq və ya musiqini məhdudlaşdırmaq mümkündür. “Valideynlərin istəyindən asılı olaraq, uşaqlar yalnız seçilmiş kontenti görəcəklər”, – şirkətin verdiyi açıqlamada deyilir.

Daha bir funksiya “Görünməz hesab”dır. O, valideynlərə uşağın hesabının ictimai və ya gizli olacağını təyin etməyə imkan verir. Eyni zamanda, yeni funksiyalar əlavə olunduqdan sonra uşağın paylaşdığı videoları yalnız seçilmiş istifadəçilər bəyənə və ya şərh edəcəklər. “Bunun sayəsində uşaq arzuolunmaz diqqətdən qorunmuş olur”, – şirkət izah edir.

Xatırladaq ki, “Ailə ayarları” sosial şəbəkəyə bu ilin aprelində daxil edilib. Və valideyn nəzarəti funksiyalarını işə salmağa imkan verir.

Son xəbərlər
Digər xəbərlər