“TikTok” sosial şəbəkəsi Yaponiyada onlayn mağazasını – “TikTok Shop”u açmağı planlaşdırır. Bu funksiya istifadəçilərə canlı yayımlara və ya qısa videolara baxarkən birbaşa proqram daxilində məhsullar almağa imkan verəcək. Bildirilir ki, şirkət satıcılardan komissiya şəklində gəlir əldə edəcək.
Yaponiyanın reklam nəhəngi “Hakuhodo” şirkəti “TikTok Shop” satıcıları üçün planlaşdırma, əməliyyatlar və performans təhlilini əhatə edən hərtərəfli xidmətlər təklif edəcək. Bundan əvvəl “TikTok”un sahibi olan “ByteDance” “Project S” adlı layihəyə başlamışdı. Layihə çərçivəsində “TikTok”da bəzi videolardan məhsul ala biləcəyiniz “Trendy Beat” adlı onlayn mağaza istifadəyə verilmişdi.