“TikTok” videoxidməti 13 ilə 15 yaş arasındakı yeniyetmələrin hesablarını privat edəcək. Qeyd edilir ki, bununla sosial şəbəkə istifadəçiləri üçün təhlükəsiz mühit yaratmaq istəyir.
Banker.az “Gazeta.ru”ya istnadən xəbər verir.
Bu səbəbdən xidmət 18 yaşadək istifadəçilər üçün təhlükəsizlik qaydalarını dəyişdirmək qərarına gəlib.
“Bu gün “TikTok” qeydiyyatdan keçmiş 13-15 yaşlı istifadəçilər üçün məxfilik ayarlarını yeniləyir: onların hesabları avtomatik olaraq privat olacaq”, – şirkətin açıqlamasında deyilir.
Bu o deməkdir ki, belə hesabların videolarına yalnız təsdiq edilmiş şəxslər baxa bilər.