15.4 C
Baku
Friday, May 16, 2025

“TikTok” yenidən Çinin ən bahalı markası olub

“FinanceChina 500″ün illik hesabatına görə, 2025-ci ildə “TikTok” yenidən Çinin ən bahalı markası olub. Bildirilir ki, “TikTok” sosial şəbəkəsinin dəyəri il ərzində 26% artıb və 105.8 milyard dollara çatıb. İkinci yerdə Çinin enerji şəbəkəsi şirkəti “State Grid Corporation” (+20%, 85.6 milyard dollar), üçüncü yerdə isə “Industrial and Commercial Bank of China” (+10%, 79.1 milyard dollar) qərarlaşıb.

Sonrakı üç pilləni “China Construction Bank” (+19.5%, 78.4 milyard dollar), “Agricultural Bank Of China” (+16, 70.2 milyard dollar) və “Bank of China” (+26.5%, 63.8 milyard dollar) tutub. Nəhayət, ilk onluğu alkoqol istehsalçısı “Moutai” (+16.5%, 58.4 milyard dollar), mobil operator “China Mobile” (+6%, 47 milyard dollar), texnologiya nəhəngi “Tencent” (44 milyard dollar) və sığorta şirkəti “Ping An” (-2.6%, 43.2 milyard dollar) tamamlayır.

İcmalda qeyd olunur ki, Çinin 100 ən bahalı markasının ümumi dəyəri 2 trilyon dollara çatıb. İlk 100-lükdəki 64 bank markasının ümumi dəyəri il ərzində 4% artaraq 467.6 milyard dollara çatıb. Bu arada, 13 sığorta markası 2% ucuzlaşıb (133.9 milyarda qədər).

“PetroChina Co.” (+17%, 33.3 milyard) və “Sinopec” (+5%, 29.8 milyard) neft-qaz sənayesində ən bahalı markalar olub. Ümumilikdə bu sektorda 6 marka təmsil olunur.

Son xəbərlər
Digər xəbərlər