26 C
Baku
Saturday, July 27, 2024

“TikTok”a sahib olan şirkət Çində öz ödəniş xidmətini işə salıb

“TikTok”a sahib olan “ByteDance” şirkəti Çində öz ödəmə xidmətini istifadəyə verib – “Douyin Pay”.

Banker.az bu barədə rus mətbuatına istinadən xəbər verir.

Qeyd edək ki, xidmətin fəaliyyəti hələki məhdudlaşdırılıb. Belə ki, hal-hazırda istifadəçilər “Douyin” tətbiqi daxilində yalnız pul köçürmələri və ödəmələr kimi əsas funksiyalardan yararlana bilərlər. “ByteDance” nümayəndələrinin sözlərinə görə, daha geniş funksionallıq – onlayn kredit götürmə, sığorta, aktivlərin idarə edilməsi – hələki əlçatan deyil.

Qeyd edək ki, yeni ödəniş xidmətinin işini “Wuhan Hezhong Yibao Technology” şirkəti təmin edir. 2020-ci ilin sentyabr ayında “ByteDance”ın qurucusu Zhang Yiming onu satın almışdır. Müqavilə “TikTok” sahibinə onlayn ödəmələri təşkil etmək üçün lisenziya almağa imkan verib. Belə ki, Çində bu cür lisenziyaların verilməsi 2016-cı ildə dayandırılıb.

Bu gün “Douyin” xidmətinin günlük aktiv auditoriyası təxminən 600 milyon nəfər təşkil edir. Ekspertlərin proqnozlarına görə, o, “Alipay” və “WeChat” kimi ödəmə xidmətlərinin yeni rəqibinə çevrilə bilər.

Xatırladaq ki, daha əvvəl “TikTok”un platformanın 13 yaşdan kiçik olan istifadəçilərinin bütün məlumatlarını privat etmək qərarını vermişdir.

Son xəbərlər
Digər xəbərlər