10 C
Baku
Cümə, Oktyabr 29, 2021

“TikTok”dan “Instagram”a keçən bloqqerlərə yüz minlərlə dollar vəd edilib

“Instagram” bəzi məşhur “TikTok” bloqqerlərinə rüşvət vermək qərarına gəlib.

Banker.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat verib. Bildirildiyi kimi, şəbəkə “TikTok”un rəqibi olan yeni “Reels” platformasına keçənlərə yüz minlərlə dollar pul vəd edib.

Qeyd edək ki, “TikTok”da olduğu kimi, “Reels” istifadəçiləri də qısa videolar paylaşa biləcəklər. “Instagram” bu tətbiqi gələn ayın əvvəlində ABŞ və bir sıra digər ölkələrdə işə salmağı planlaşdırır.

“Instagram”ın nümayəndəsi Sarissa Trouer təsdiq edir ki, həqiqətən də şəbəkə məşhur bloqqerlərlə əlaqə saxlayıb, lakin təklif edilən şərtləri adlandırmayıb. Touer şirkətin məşhur bloqqerlərə və onların təcrübəsinə investisiya qoymağa hazır olduğunu vurğulayıb.

Nəşr xatırladır ki, “TikTok”la təkcə “Facebook” rəqabət aparmır. Ötən həftə “YouTube” da “TikTok”da olan bir sıra funksiyaları sınaqdan keçirdiyini söyləmişdir.

Son xəbərlər
Oxşar xəbərlər