“TikTok”un ABŞ-dəkı aktivlərinin satışına dair razılaşma ABŞ və Çin arasında pisləşən ticarət gərginliyi fonunda dayandırılıb. Pekin Donald Trampın Çin idxalına tarifləri sərtləşdirmək qərarından sonra müqaviləni təsdiq etməyəcəyini açıq şəkildə bildirib.
Qeyd edək ki, müqavilə “TikTok”un Amerika bölməsinin ABŞ-də qalacağını və amerikan investorlarına məxsus olan yeni bir şirkətə çevrilməsini nəzərdə tutur.
Bütün şərtlər hər bir tərəf – investorlar, “ByteDance” və ABŞ hökuməti tərəfindən tam təsdiq edilib, “Reuters” aydınlaşdırır. Lakin Pekin ABŞ-nin Çin mallarına yeni rüsumlar tətbiq etməsinə etiraz edib və müqavilə hazırda gözləmə mərhələsindədir.
Xatırladaq ki, daha əvvəl Donald Tramp “TikTok”un ABŞ-dəki bölməsinin satışını 75 gün uzadıb.