“TikTok” sosial şəbəkəsinin biznesinin Amerikanın nəzarətinə keçməsi tam razılaşdırılıb.
Bu barədə “Financial Times” (FT) qəzetinə müsahibəsində ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib.
“Hər şey həll olunub və biz tezliklə əməliyyatı görməliyik”, – o bildirib.
Qeyd edək ki, sentyabrın 25-də ABŞ Prezidenti Donald Tramp “TikTok”un səhmlərinin ABŞ-dəki müştərək müəssisəyə verilməsi ilə bağlı sazişi təsdiqləyib.








