“TikTok”un qurucusu Çjan Yiminq 49 milyard dollar sərvətlə Çinin ən zəngin adamına çevrilib. Xatırladaq ki, daha əvvəl Çinin ən zəngin adamı qablaşdırılmış su istehsalçısı “Nunfu” brendinin sahibi Zhong Shanshan olub.
Son üç ildə Çində dollar milyarderlərinin sayı üçdə bir qədər azalıb, bu barədə “Financial Times” (FT) məlumat yayıb. Əgər 2021-ci ildə Çində 1185 dollar milyarder var idisə, üç ildən sonra onların sayı cəmi 753 nəfər olub. Son bir ildə dollar milyarderlərinin sayı 16% azalıb.
Analitiklərin fikrincə, ultra varlı insanların sayının azalması, Çinin bir vaxtlar çiçəklənən daşınmaz əmlak bazarının çökməsi ilə əlaqədardır. Ən pis vəziyyət tikinti sənayesində, kömür hasilatı və avadanlıq istehsalındadır.