25 C
Baku
Saturday, July 27, 2024

“TikTok”un rəhbəri Kevin Mayer şirkəti tərk edir

“TikTok”un baş direktoru Kevin Mayer, tətbiqetmənin ABŞ hakimiyyəti ilə qarşıdurması fonunda şirkəti tərk etmək qərarına gəlib.

Bu barədə Banker.az “Vc.ru”ya istinadən məlumat verir.

“Son həftələrdə siyasi mühitin kəskin dəyişməsi ilə əlaqədar olaraq, korporativ struktur dəyişikliklərinə ehtiyac olduğunu başa düşdüm”, – Mayerin məktubunda deyilir. “Bütün bunların fonunda sizlərə şirkətdən ayırlmaq qərarına gəldiyimi bildirmək istəyirəm”.

“Son ayların siyasi dinamikası Kevinin rolunun miqyasını əhəmiyyətli dərəcədə dəyişdirdiyini başa düşürük və onun qərarına hörmətlə yanaşırıq”, – deyə “TikTok”un nümayəndəsi bildirib.

“Financial Times”ın verdiyi məlumata görə, Kevin Mayerin yerini müvəqqəti olaraq Vanessa Pappas tutacaq.

Xatırladaq ki, Mayer “TikTok”a 2020-ci ilin may ayından rəhbərlik etməyə başlayıb. Daha əvvəl o, 25 il müddətdə “Disney” şirkətində çalışıb.

Son xəbərlər
Digər xəbərlər