24.3 C
Baku
Çərşənbə, Sentyabr 22, 2021

“TikTok”un rəqibi IPO-da 5 mlrd. dollardan çox investisiya toplayıb

Screen Shot 2021 09 02 at 14.34.20

Çin şirkəti olan “Kuaishou” Honkonqda IPO keçirib və bununla da 5 milyard dollardan çox investisiya toplayıb.

Banker.aBu, “Uber”in IPO-sundan bəri texnologiya sahəsində qiymətli kağızların ən böyük satışı olub.

“Kuaishou” 365 səhmini biri 115 Honkonq dolları qiymətinə (cari məzənnə ilə 15 ABŞ dolları) satıb. Ümumilikdə şirkət 5.4 milyard dollar cəlb edib.

Beləliklə, “Kuaishou” 60.9 milyard dollar dəyərində qiymətləndirilib. Bununla da şirkət əsas rəqibi olan “ByteDance”ı keçib. O da IPO keçirməyi planlaşdırırdı, lakin ABŞ-ın hakimiyyət orqanları ilə yaranan qarşıdurma planları əngəllədi.

Daha əvvəl ən böyük IPO 2019-cu ilin may ayında “Uber” taksi xidməti tərəfindən həyata keçirilmişdir. IPO zamanı Şirkət 8.1 milyard dollarlıq səhm satıb.

“Kuaishou” (tərcümədə – “sürətli əl”) – Çində son 10 ildə ən uğurlu startaplardan biridir. “Tencent” korporasiyasının dəstəyi ilə hazırlanmış bu tətbiq video və çarx xidmətləri bazarının öncüllərindən biridir. Verilən məlumata görə, platformanın aylıq auditoriyası 181.4 milyon nəfərdir, istifadəçilərin tətbiqdə keçirdiyi orta müddət isə 100 dəqiqədən çoxdur.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər