Tim Ferriss: Daha az işləyib hər şeyi çatdırmaq üçün nə etmək lazımdır?

Tim Ferriss – “Həftədə 4 saat necə işləmək olar” kitabının müəllifi olmaqla yanaşı, fərdi məhsuldarlıq mövzusunu tez-tez gündəmə gətirən insanlardan biridir. Onun kitabında siz autsorsinqdən tutmuş iş gününün optimallaşdırılmasına qədər müxtəlif sahələr haqqında öyrənə bilərsiniz. Həyatlarını asanlaşdırmaq və daha az işləmək istəyənlər üçün əsas tövsiyələri təqdim edirik.

  1. Əgər gündə 12 saat kompüter masasının arxasında keçirib yenə də heç nə çatdıra bilmirsinizsə, demək dəyişiklik etməyin vaxtı gəlib çatıb.

“İşləməyən modelə tabe olmayın, – Ferriss yazır. – Əgər resept pisdirsə, nə qədər yaxşı aşpaz olmağınızdan asılı olmayaraq, heç nə alınmayacaq”. Ferriss özü üçün belə bir qayda yaratdı: o, bütün telefon zənglərini səhər 8:00-8:30 və axşam 18:00-18:30 aralığında edir.

  1. Maraq, enerji və qabiliyyətin səviyyəsi gah qalxır, gah düşür. Özünüzü pis hiss etdiyiniz halda işləməyə məcbur etməyin, çünki heç bir nəticə əldə edə bilməyəcəksiniz. Belə məqamları planlaşdırmaq və nəzərə almaq daha yaxşıdır, nəinki dəf etməyə çalışmaq.
  2. Az işləmək tənbəl olmaq demək deyil. Şəxsi fədakarlığı şəxsi məhsuldarlıqdan üstün tutan mədəniyyətə qarşı olun. Məhsuldar olmaq və məşğul olmaq eyni deyil. Görülən işlərin həcmini ölçməyə ehtiyac yoxdur: nəticələri ölçün və vaxtınızı alan faydasız işlərdən imtina edin.
  3. “İndi vaxtı deyil” deyib çətin qərarları təxirə salmağa çalışmayın. Bu sizin məhsuldarlığınızı məhv edir. İndiki iş yerinizdən ayrılmaq, üzərinizə daha çox öhdəlik götürmək və ya riskli layihə ilə məşğul olmaq üçün mükəmməl an gözləməyin.
  4. İnsanlardan icazə deyil, bağışlanma diləyin. Fikrinizin təsdiq ediləcəyini gözləmək – etmək istəmədiyiniz işi təxirə salmağın ən asan yoludur. Belə ki, bu halda siz günahınızı başqalarının boynuna qoymaq imkanını əldə etmiş olursunuz. Sadəcə edin, gözləməyin. Seçiminiz yanlış olsa, siz hər zaman üzr istəyə və ya səhvinizi düzəltməyə cəhd göstərə bilərsiniz.
  5. Zəif cəhətlərinizi düzəltməyə çalışmaqdansa, bütün diqqətinizi güclü olduğunuz tərəflərə yönəldin. Adətən insanlar yalnız bir sahədə güclü olurlar, digərlərində isə zəif. Zəif tərəfləri gücləndirmək cəhdləri kiçik irəliləyişdən başqa heç nə verməyəcək və siz sadəcə orta səviyyəyə yaxınlaşmış olacaqsınız. Ancaq diqqətinizi güclü olduğunuz tərəflərə yönəltsəniz, hər hansısa sahədə peşəkar ola bilərsiniz.
  6. Stressdən istifadə etməyi öyrənin və ona özünüzü zəiflətməyinizə və inamınızdan məhrum etməyə imkan verməyin. Pis stress dedikdə, müdirinizin üstünüzə qışqırması, sizə layiq olmayan tənqid və s. nəzərdə tutulur. Bütün bunlar əlbəttə ki, pisdir. Ancaq stress olmasa, kifayət edəcək motivasiya əldə etmək çətin olacaq. Yaxşı stress sizi irəliyə aparmalı, komfort zonadan çıxmağa məcbur etməlidir.
  7. Bədbəxtliyi qeyri-müəyyənlikdən üstün tutmayın. Ən pis ssenari təsəvvürünüzə gətirin: həyatınızı kökündən dəyişdirsəniz, nə baş verəcək? Sizi işdən çıxara bilərlər, ipotekanı ödəməkdə çətinlik çəkə bilərsiniz, maşınınızı satmalı ola bilərsiniz. Qeyri-müəyyən qorxular əvəzinə konkret ssenari qursanız, onların nə dərəcədə mümkünsüz olduğunu görəcəksiniz.
  8. Bəzən qorxu nikbinlik altında gizlənir. Düşünməyin ki, nə vaxtsa daha yaxşı olacaq, özünüzə bəraət qazandırmağa çalışmayın. Bir həftə, bir ay və ya bir il əvvəl indikindən daha yaxşı idi?
  9. Qarşınıza qeyri-real və iddialı hədəflər qoyun. İnsanlar “ağlabatan” hədəflər qoyanda sərt rəqabət zonasına daxil olmuş olurlar. Dəlisov, qeyri-real məqsədlər daha sadədirlər: çox az insan buna nail olmağa çalışır.
  10. “Time-management” haqqında düşünməyin. “Time-management” ə aid məsləhətlər bizə vaxtı idarə etməyi və daha çox iş görməyi öyrədir. Çalışın ilk olaraq ən çətin işləri yerinə yetirəsiniz. Sizin üçün az əhəmiyyət kəsb edən işlərdən isə imtina edin. Məktublara tez cavab verə bilmək bacarığı çox da yaxşı deyil. Bu o deməkdir ki, siz məhsuldar olmayan işə çox vaxt sərf edirsiniz.
  11. 80/20 qaydasını unutmayın: səylərin 20%-i nəticələrin 80%-ni verir. Özünüzə iki sual verin: problemlərimin 80%-nin səbəbkarı nədir? Nəticə və sevincimin 80%-nin səbəbkarı nədir? Beləliklə, əsas vəzifələri, müştəriləri və ya münasibətləri müəyyən etmiş olacaqsınız.
  12. Bu və ya digər tapşırığın yerinə yetirilməsinə daha az vaxt sərf edin. Parkinson qanununu xatırlayın: bu və ya digər işin mürəkkəbliyi və əhəmiyyətliliyi, ona ayrılmış vaxtdan asılı olaraq dəyişir. Adətən insanlar daha sürətli edə biləcəkləri bir şeyə 8 saat vaxt sərf edirlər.
  13. Problemlərin əksər hissəsi özü-özünə həll olur. Bəsdir hər şeyi şişirtdiniz, “unutqan” olmağı öyrənin. Məlumat istehlakını nə qədər çox məhdudlaşdırsanız, sizin üçün heç bir faydası olmayan işlərə bir o qədər az vaxt sərf edəcəksiniz. KİV-ni az izləyin və telefon zənglərinin sayını azaldın. Misal üçün, məktubları gündə iki dəfə, 12:00 və 16.:00-da cavablandıra bilərsiniz.
  14. İşləri bitirməmək və insanlara mane olmamaq bacarığını mənimsəyin. Hamımız vaxtaşırı üzərimizə yerinə yetirmək çətin və səmərəsiz olan öhdəliklər götürürük. Bəzən bu qaçırılmazdır, lakin bunu sübut etmək çətin olsa da, mümkünsüz deyil. Bu sonsuz görüşlər və telefon danışıqları üçün də belədir. Vaxtınızı israf etməkdənsə, kobud olmaq yaxşıdır.
  15. Bəzi işlər sadəcə vaxt aparır və daim təkrarlanır. Onların hamısını bir anda edin. Cavabsız məktublar, doldurulmamış anketlər və sair məsələləri eyni vaxtda həll etsəniz, daha yaxşı olar. Heç vaxt dəqiq bir plan və vaxt məhdudiyyəti olmayan görüşlərə getməyin.
  16. İnsanları sizdən icazə istəməyə məcbur etməyin. Buna ehtiyac olub-olmadığını müəyyən edin, digər hallarda isə sadəcə geri çəkilin. Tabeçiliyinizdə olan işçiləri sizdən icazə istəməyə məcbur etməyin. İnsanlar bunun həqiqətən də zəruri olduğunu düşünürlər. Onlara fərqli davranmağı öyrədin.

 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları