13 C
Baku
Friday, March 29, 2024

Tim Kuk “Apple”ın kapitallaşmasının artması fonunda milyarder oldu

“Apple” şirkətinin rəhbəri Tim Kukun sərvəti 1 milyard dolları keçib. Xatırladaq ki, 2020-ci ilin avqust ayının əvvəlində şirkətin kapitallaşması 2 trilyon dollara yaxın olub.

Banker.az xəbər verir ki, bu barədə öz hesablamalarına istinadən “Bloomberg” yazır.

2015-ci ildə sərvətinin böyük hissəsini xeyriyyəçiliyə bağışlamaq niyyətində olduğunu bildirən Tim Kuk, artıq 1 milyon dollarlıq səhm “hədiyyə edib”. “Apple”in nümayəndəsi Coş Rozenstok agentliyə şərh verməkdən imtina edib.

“Bloomberg” qeyd edir ki, “Apple”in bazar kapitallaşması və Kukun sərvətinin artması FAANG səhmlərinin (“Facebook”, “Amazon”, “Apple”, “Netflix” və “Alphabet”) dəyərinin artması ilə əlaqəlidir. Nəşrin yazdığına görə, Ceff Bezos və Mark Çukerberq şirkətlərini qurduqları və səhmlərin çox hissəsinə sahib olduqları üçün varlanırlarsa, Tim Kuk “Apple”da işlədiyinə görə müəyyən paya sahibdir.

Bildirildiyi kimi, Tim Kukun “Apple”dakı payı 0,02% və ya 847 969 ədəd təşkil edir (ümumi dəyəri 375 milyon dollardır). Əvvəlki satışlardan qazanc və bonuslar əlavə 650 milyon dollardır. Əgər 2020-ci ilin avqustunda səhmlər ucuzlaşmasa, Tim Kuk mükafat olaraq daha 560 min ədəd qiymətli kağız alacaq.

Qeyd edək ki, 2011-ci ildə “Apple” şirkətinin məhtəsisçisi Stiv Cobs vəfat edəndə şirkət 350 milyard dollar dəyərində qiymətləndirilirdi.

Son xəbərlər
Digər xəbərlər