“Apple” korporasiyasının rəhbəri Tim Kuk yeni buraxılan “AirPods” qulaqcıqlarının yerə düşməsi, itməsi ilə bağlı şikayətlərə cavab verib.
ABC-yə istinadən məlumata görə, T. Kuk nəzərə çatdırıb ki, qulaqcıqları aşağı çəkən və düşməsinə səbəb olan amil məhz naqillərdir, “AirPods”un isə naqilləri yoxdur: “Mən artıq bir müddətdir bu qulaqcıqlardan istifadə edirəm, hətta rəqs etmişəm, hələ bir dəfə də düşməyib. Qulaqcıqları yerə dartan və düşürən naqillər olur, AirPods”da isə bu, yoxdur”.
T. Kuk bildirib ki, qulaqcıqların futlyarını açdıqda o, dərhal smartfon, “iPad” və ya başqa bir cihaza qoşulur. Qulaqcıqları qulaqdan ayırdıqda musiqi dərhal dayanır, təkrar qulağa yaxınlaşdırdıqda musiqi yenidən başlayır.
Xatırladaq ki, “Apple” sentyabrın 7-də “iPhone 7” smartfonları ilə birlikdə “AirPods” qulaqcıqlarını da təqdim edib. Yeni smartfonlarda audioqoşulma yeri olmadığından şirkət qoşulmanı yeni qulaqcıqlar vasitəsilə həyata keçirməyi təklif edir. Bu isə bir sıra istifadəçilərdə narahatlıq yaradıb.
Lent.az