“Time” jurnalı “Dubay şokoladı”nı Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) əsas diplomatik “yumşaq güc” vasitəsi adlandırıb. Jurnalistlərin fikrincə, tək bir il ərzində bu şokolad ölkənin imici üçün “Formula-1” kimi iri mədəni layihələrdən daha çox iş görüb.
“Künəfə və fıstıq dadlı desert BƏƏ ilə dünyanın hər yerindəki insanlar arasında emosional bağ yaradır, sadəcə dad vasitəsilə”, — deyə məqalədə bildirilir.
Artan tələbat göstərir ki, Fars körfəzi ölkələri artıq təkcə istehlakçı deyil, həm də qlobal trendlərin mənbəyi ola bilərlər. Xüsusilə desertin populyarlığı Avropa, Şimali Amerika və Asiyada Helouin ərəfəsində daha da artıb.

 
                                    





