27 C
Baku
Thursday, September 11, 2025

“Time” jurnalı üz qabığını qətlə yetirilən siyasi fəal Çarli Kirkə həsr edib

Amerikanın “Time” jurnalı üz qabığını ABŞ prezidenti Donald Trampın tərəfdarı olan siyasi fəal Çarli Kirkə həsr edib.

Jurnalın üz qabığında “Bəsdir” yazılıb. Həmçinin fəalın son çıxışından çəkilmiş foto yerləşdirilib. “Time” hesab edir ki, ABŞ-də “siyasi zorakılıq epidemiyası” baş alıb gedir.

Çarli Kirk sentyabrın 10-da Yuta Universitetində çıxış edən zaman güllələnib. Hücumdan sonra o, xəstəxanaya aparılıb, lakin həkimlər onu xilas edə bilməyiblər. ABŞ prezidenti Donald Tramp ölkə üzrə bütün bayraqların endirilməsi barədə göstəriş verib. Vaşinqtonda fəalın qətlindən sonra Ağ Evdə təhlükəsizlik tədbirləri gücləndirilib.

Son xəbərlər
Digər xəbərlər