Yeni il möcüzələrin baş verdiyi zamandır. Onlar isə əsas etibarilə xoşbəxtlik gətirir. Yeni il ərəfəsində baş verən bir sıra qəribəlikləri gülməli və ya qeyri-adidən başqa heç cürə adlandırmaq mümkün deyil. Time amerikan jurnalının jurnalistləri ən qəribə və axmaq Yeni il əhvalatlarının reytinqini tərtib etdilər.
Santa Klaus mövcud deyil
Polis noyabrın sonlarında hər il keçirilən Yeni il paradı zamanı küçə ilə gedərək qarşısına çıxan hər bir uşağa Santa Klausun böyüklər tərəfindən uydurulmuş personaj olduğunu qışqıran Kanadanın Ontario şəhərinin 24 yaşlı sakinini həbs etmişdir. Cavan oğlan son dərəcə sərxoş olub. Onun saçları şeytanın buynuzlarına oxşayırmış. Həqiqətən də, Yeni il ərəfəsində uşaq fantaziyasını məhv etməkdən daha pis nə olar bilər ki?
Uşaqların bayramı oğurlanıb
Dekabrın əvvəllərində Bostonda təsərrüfat mağazasının sahibkarını bir telefon zəngi oyatdı. Bu, polis idi. Polislər kişiyə xəbər verdilər ki, ötən gecə onun mağazasına oğrular daxil olmuş, musiqi mərkəzi, eləcə də satışından əldə olunan gəlirlərin uşaq evinə köçürüləcəyi onlarla yeni il yolkası oğurlanmışdır. Son beş il ərzində kişi müxtəlif uşaq evlərinə yolkaların satışından qazandığı 15 000 dollardan çox vəsait vermişdir. Həmin zamanlarda Sietledə oyuncaq anbarı da qarət edilmişdi, onlar da xeyriyyə məqsədilə istifadə olunacaqdı. Təəssüf ki, bəzi insanlarda ürək deyilən şey yoxdur.
Reqbist Santa Klausu döydü
Professional reqbi oyunçusu Britaniyalı Riçard Ouen küçədə Santa Klaus kostyumlu insana hücum edərək, çənəsini qırdığı üçün 200 saatlıq ictimai işlərə məhkum edilmişdi. Hadisənin bir il əvvəl baş verməsinə baxmayaraq, idmançıya hökm bu yaxınlarda oxunmuşdur. Ouen bildirdi ki, həmin epizod onun həyatındakı “qara zolaq” olan periodu əhatə edir, o həmin vaxtlarda aldığı travmaya görə oyunlarda iştirak edə bilmirdi. Istənilən halda reqbisti yolka altında hədiyyələr gözləməyəcək.
Televizor uşaqdan daha dəyərlidir
Yeni il alış-verişlərinin ən qızğın çağında Massaçusets ştatı Sprinqfild şəhər sakini mağazaya yollanaraq özünə 51 düym televizor aldı. Maraqlısı odur ki, o alış-verişə iki yaşı oğlu ilə getdiyini unutmuşdu. Uşaq polis tərəfindən mağazanın qabağındakı dayanacaqda park edilmiş avtomobildə tapılmışdı. Polislər həmin şəxsin evinə baş çəkdikdə o, aldığı televizoru quraşdırırdı. Onun sözlərinə görə uşağın itdiyini fikirləşsə də, bu haqda heç kimə məlumat verməyin lazım olmadığını düşünmüşdür. Anlaşılmır ki, mağazaya uşaq və avtomobillə gələn amerikan məhz niyə evə əlində televizor piyada qayıtmışdır. Ola bilər ki, kişiyə uşaq ilə səhlənkar davrandığı üçün şərti iş versinlər.