11 C
Baku
Tuesday, November 19, 2024

Time-management: Uorren Baffetin metodu

Yəqin ki, dünyanın ən zəngin insanlarından biri və eyni zamanda 20-ci əsrin ən uğurlu investoru Uorren Baffetin vaxtını necə idarə etmək lazım olduğunu bilməsi təəccüblü deyil. Çox güman ki, o bu sahədə bizdən çox bilir.

Milyarder fərdi məhsuldarlığı artırmaq üçün üç səviyyəli strategiya hazırlayıb, hansıki insana prioritetləri müəyyənləşdirməyə və fəaliyyətini planlaşdırmağa kömək edir. Düzgün qoyulmuş məqsəd uğurun 50%-dir.

Pilot hekayəsi

Mayk Flynt on il ərzində Baffetin şəxsi təyyarəsinin pilotu olub (Flynt həmçinin ABŞ-ın dörd prezidentinin təyyarəsini sürüb, buna görə də onun peşəkarlığına heç bir şübhə yoxdur). Bir gün Mayk milyarderlə öz karyerasını müzakirə etməyə başladı və Baffet ona üç addımdan ibarət olan məşqi məsləhət gördü:

Birinci addım: əsas hədəflərinizi yazın, onların sayı 25-dən az olmalı deyil

Mayk Flynt bütün planlarını nəzərdən keçirmək və onları kağıza köçürmək üçün xeyli vaxt sərf etdi.

Siz kiçikdən başlaya bilərsiniz – ilk olaraq qısamüddətli hədəflərdən istifadə edin. Elə indi bu həftə ərzində etmək istədiyiniz işlərin siyahısını yazmağa çalışın.

İkinci addım: siyahını bir daha oxuyun, ən vacib 5 hədəfi dairəyə alın

Və burada da Flynt bir qədər “baş sındırmalı” oldu. Bu məqaləni evdə oxuyursunuzsa, dayanın və üçüncü addıma keçməzdən əvvəl ilk iki addımı yerinə yetirin.

Üçüncü addım: artıq olanları silin

Flynt iki siyahı hazırlamışdı: ən vacib 5 hədəf  “A”  siyahısında, yerdə qalanlar isə “B” siyahısında idi. Bunu görən Flynt, “A” siyahısı üzərində işə başlamağa hazır idi, lakin Baffet ondan pilotun ikinci siyahı ilə nə edəcəyini soruşdu. Flynt ona belə cavab verdi: “Ən vacib beş hədəf daha çox diqqət cəlb edir, lakin digərləri də vacibdir, buna görə də əlimə fürsət düşsə, onların da üzərində işləyəcəyəm. O qədər də təcili olmasa belə, onlara diqqət ayırmağı planlaşdırıram”.

Baffet cavab verdi:

“Yox, Mayk. Sən məni səhv başa düşdün. Əslində, dairəyə almadığın hədəflər – qarşısını almalı olduğun şeylərdir. Nə olursa olsun, bu gündən etibarən “B” siyahısına əhəmiyyət verməməlisən”.

İmtina et və qalib gəl

Uğurun açarı sadəlik və minimalizmdir. Artıq zibildən qurtulmaqdan yaxşı heç nə yoxdur. Həyatınızı asanlaşdırmaq, özünüzdə yeni faydalı vərdişləri inkişaf etdirmək və əlinizdə olanlardan zövq almaq istəyirsinizsə, kritik əhəmiyyəti olmayan şeylərdən uzaqlaşmalısınız.

Əlbəttə ki, maraqlı iş və planlardan imtina etmək asan deyil, əsas da sizin üçün vacib olanlardan.

Hər bir addım müəyyən nəticə verir. Hətta neytral hesab etdiyimiz addımlar belə əslində elə deyillər. Onlar bizim daha vacib olan məsələləri həll etmək üçün istifadə edə biləcəyimiz vaxtımızı və enerjimizi alırlar. Onlara görə siz bir nöqtədə dayanmısınız və irəliyə doğru addımlaya bilmirsiniz.

Baffetin strategiyası prioritetləri müəyyənləşdirməyin ən parlaq vasitəsidir

Siyahıdakı 6-dan 25-dək olan hədəflər maraqlı və vacib görünə bilərlər – onlara niyə bu qədər vaxt sərf etdiyimizi başa düşmək asandır. Lakin əgər onları beş əsas hədəf ilə müqayisə etsək, məlum olur ki, “B” siyahısı diqqətimizi yayındırmaqdan başqa heç nə vermir.

Artıq olanları silin. Diqqətinizi cəmləşdirin. İşi ya edin, ya da siyahıdan çıxarın. Məhsuldarlığın əsas düşmənləri – əhəmiyyətli nəticələr verməyən, lakin bizim üçün xoş olan məşğuliyyətlərdir.

 

Son xəbərlər
Digər xəbərlər