Avstriyaya məxsus reklam şirkəti dünyanın ən məşhur reklam məkanında 3D displeyerlər quraşdırmağı planlaşdırır. Dünyanın məşhur brendləri hər dəfə daha parlaq reklam nümunələri yaratmaqla Times-Square-də alıcıların diqqətini cəlb etmək üçün mübarizə aparmaqdadır.
Avstriyalı reklam agentliyi xüsusi eynək olmadan belə görünən 3D reklam lövhələri yaratmaq niyyətindədir. TriLite texnologiyası əsasında 10-dan tutmuş 70 metrə qədər ölçüyə sahib lövhələr yaratmaq mümkün olacaq ki, bu da onu əla küçə reklamı konstruksiyasına çevirəcək.
Yeni yaradılacaq 3D reklam lövhələri daim rəqabətdə olan brendlərin mübarizəsini daha da qızışdıracaq.