Bir ana qucağında körpəsi ilə çayın qırağında dayanır. Qəfildən bir timsah onlara tərəf üzür və uşağı özü ilə birgə suya çəkir. Bədbəxt ana timsaha uşağını geri qaytarması üçün yalvardıqda timsah qadının onun sualına düzgün cavab verməsi təqdirdə uşağını tam sağlam şəkildə qaytaracağını deyir. Onun sualı isə belə idi: “O qadının uşağını qaytaracaqmı?”. Aydındır ki, qadının iki cavab variantı var: ya hə, ya yox.
Əgər qadın “hə”, timsahın onun uşağını qaytaracağı cavabını versə hər şey canlının özündən asılıdır. Yəni cavabı düzgün qəbul edən timsah qadının körpəsini sərbəst buraxacaq, yox əgər cavabın səhv olduğunu desə razılaşmanın mövcud şərtlərinə görə qadın körpəsi ilə vidalaşmalı olacaq.
Qadının “yox” cavabı hər şeyi əhəmiyyətli dərəcədə çətinləşdirir. Cavab belədirsə timsah sözünə əməl edərək uşağı sərbəst buraxacaq. Lakin bu şəkildə ananın cavabı reallığa uyğun gəlməyəcək. Cavabın yalançılığını təmin etmək üçün timsah körpəni anasına qaytarmalıdır. Lakin bu razılaşmaya ziddir. Axı onun səhvi uşağın timsahda qalmasını təmin etməlidir.
Qeyd etmək lazımdır ki, timsah tərəfindən təklif edilən razılaşma məntiqi ziddiyyət təşkil edir və buna görə də yerinəyetirilməzdir. Bu klassik sofizmin müəllifi bizim eradan əvvəl V əsrdə yaşamış natiq, mütəfəkkir və siyasətçi Sirakauzlu Koraks olmuşdur.