15 C
Baku
Tuesday, April 16, 2024

“Tinder” öz valyutasını işə salır

Tanışlıq tətbiqi “Tinder” tezliklə öz valyutasını yaradacaq. Banker.az xəbər verir ki, virtual sikkələri hesabınızı reklam etməyə və ya “super like” əldə etməyə xərcləmək mümkün olacaq. Tətbiqin məxsus olduğu “Match Group” valyutanın istifadəçilərə “sevgili tapmağın klassik üsulunu aşmağa” kömək edəcəyini bildirir.

Vurğulanır ki, ilk olaraq yeni funksiya Avstraliyada işə düşəcək – bu, noyabr ayında baş verəcək. Daha sonra virtual pullar bütün dünya ölkələri üçün əlçatan olacaq.

Bildiyimiz kimi, “Tinder”in pulsuz versiyasında müəyyən məhdudiyyətlər mövcuddur (məsələn, “like” sayı). İstifadəçilər digər funksiyalardan yararlanmaq üçün pullu abunəliyi ala bilirlər. Xidmətin bir neçə səviyyəli abunəliyi var: “Tinder Plus”, “Tinder Gold” və “Tinder Platinum”. Sonuncunun qiyməti ayda 40 dollardır.

Xatırladaq ki, hal-hazırda “Tinder”in rəhbəri xanımdır.

Son xəbərlər
Digər xəbərlər