“Tinkoff Bank” Azərbaycan, Qırğızıstan və Tacikistanın bir sıra banklarına valyuta köçürmələrini bərpa edib, Banker.az bu barədə TASS-a istinadən xəbər verir.
“ABŞ dolları Azərbaycanın və Qırğızıstanın bir sıra banklarına, eləcə də Tacikistanın “Orienbank”ına köçürülə bilər”, – mesajda deyilir.
Xüsusilə vurğulanıb ki, hazırda bankdan köçürmələrin göndərilməsi müddəti bir iş günüdür. Kredit müddəti benefisiar və müxbir banklardan asılıdır. Eyni zamanda qeyd edilib ki, bəzi müxbir banklarla bağlı vəziyyət hələ də “aydınlaşdırılır”.
Bundan əlavə, kredit təşkilatı Rusiya daxilində valyutanın “Sberbank” və “Rosbank”a köçürülə biləcəyini bildirib.