13 C
Baku
Tuesday, October 22, 2024

“Tinkoff Bank” Rusiya milyarderinə satıldı

Rusiya milyarderi Vladimir Potaninin “İnterros” qrupu “Tinkoff Bank”ın ana şirkəti olan “TCS Group Holding”də 35% pay alır. Banker.az xəbər verir ki, bu barədə qrupun bəyanatında deyilir.

Müqavilənin məbləği və digər şərtləri hələ açıqlanmayıb. “İnterros” bildirir ki, sövdələşmə Rusiya Mərkəzi Bankı tərəfindən təsdiqini alıb.

“Mən fəxr edirəm ki, komandamla birlikdə sıfırdan ölkənin ən yaxşı bankını qurmuşam. Sənayemizdəki konsensus Rusiyada yerləşən dünyanın ən yaxşı rəqəmsal bandır. İndi isə təqaüdə çıxmaq, sağlamlığın və ailənin qayğısına qalmaq vaxtıdır”, – deyə Tinkov qeyd edib.

İş adamının pay satışı ilə bağlı danışıqlar faktı hələ aprelin 23-ü yayılıb. Bundan bir gün əvvəl Tinkov Rusiyanın Ukraynada apardığı müharibəni kəskin şəkildə tənqid edib. Bank təsisçisinin sözlərini “şəxsi fikir” adlandıraraq, onun 20 milyon müştəridən yalnız biri olduğunu vurğulayıb.

Xatırladaq ki, Tinkov əvvəl də bankı satmağa cəhd edib: 2020-ci ildə o, bankın ana şirkətinin 100%-ə qədər hissəsini almağı planlaşdıran “Yandex” ilə razılaşıb. Lakin müqavilə baş tutmayıb. Sahibkarın sözlərinə görə, buna səbəb qiymətlə bağlı fikir ayrılığı olub: “Yandex” yalnız 6 milyard dollar ödəməyə hazır idi, Tinkov isə əlavə 200 milyon dollar pul istəyib.

Mart ayında Tinkov aktivlərinin dondurulmasını nəzərdə tutan Britaniya maliyyə sanksiyaları altına düşüb. Ölkəyə giriş qadağan olunmasa da, milyarderin yaxta və təyyarələrinə həbs qoyulub.

Bundan bir qədər əvvəl “Tinkoff Bank”ın qurucusu dollar milyarderi adını itirib. “Forbes”un hesablamalarına görə, martın əvvəlində onun sərvəti 820 milyon dollar olaraq qiymətləndirilirdi ki, bu da 2021-ci illə müqayisədə 5.5 dəfə azdır.

Son xəbərlər
Digər xəbərlər