11 C
Baku
Sunday, November 17, 2024

Tıxacın qarşısını almaq üçün universitetlər Bakıdan köçürülür

Vaqif Əsədov: «Belə olarsa ali təhsil müəsissələrinin yerləşdiyi küçə və prospektlərdə tıxacların qarşısı alınar»

Paytaxtın mərkəzində fəaliyyət göstərən univeristetlər yaxın zamanlarda şəhərdən kənara köçürüləcək. Bununla bağlı təklif təsdiqlənməsi üçün Nazirlər Kabinetinə təqdim olunan Böyük Bakının Regional İnkişaf Planında öz əksini tapıb.  Bu sözləri Dövlət Şəhərsalma və Arxitektura KomitəsininŞəhərsalama şöbəsinin müdiri Anar Bayramov deyib.  “Hazırda bununla bağlı müzakirələr aparılır. Planın Nazirlər Kabineti tərəfindən təsdiq olunmasını gözləyirik. Qərar verildikdən sonra müvafiq işlərə başlanılacaq. ”
Şöbə müdirinin sözlərinə görə, artıq Lomonosov adına Moskva Dövlət UniveristetininBakıdakı filialı şəhər ətrafına köçürülüb.  “Univeristetlərin yeni binasının tikilməsi üçün hansı ərazilərdən torpaq ayrılması icra hakimiyyətlərinin səlahiyyətindədir. Təhsil müəsissələrinin köçürüldüyü ərazilərdə tələbələrin rahatlığı üçün dünya standarlarına uyğun yataqxanalar və tələbələrin ehtiyacalarını qarşılayacaq hər bir şəraitin yaradılması nəzərdə tutulur”.
Paytaxtdakı universitetlərin əksəriyyətinin şəhərin mərkəzində yerləşməsi avtomobil sıxlığının daha da artmasına səbəb olur. Belə ki, bu universitetlərdə təhsil alan tələbələrin də öz şəxsi avtomobillərindən istifadə etməsi ya valideynlərin övladlarını maşınla gətirməsi də şəhərdə tıxacların yaranmasına şərait yaradır.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən də bildirdilər ki, ali təhsil müəsissələrinin şəhərdən kənara köçürülməsinin paytaxtda tıxac probleminin həll edilməsində vacib amillərdən biridir. DYP-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirdi ki, pik saatlarda hərəkətdə olan vəziyyəti təhlil etdiyimiz zaman məlum olur ki, tıxacların yaranmasının əsas səbəblərindən biri tələbələrin öz avtomobillərindənistifadə edərək universitetlərə gəlməsidir. Ona görə də təhsil müəsissələrinin şəhərdən kənara köçürülməsi tıxacların azalmasına müsbət təsir göstərə bilər. “Əslində bu gün pik saatlarda yaranan sıxlıq yollara bitişik ərazilərdə ali təhsil müəsissələrinin hesabınadır. Buna görə də universitetlərin şəhərdən kənara köçürülməsi məqsədəuyğundur. Əgər belə olarsa ali təhsil müəsissələrinin yerləşdiyi küçə və prospektlərdə tıxacların qarşısı alınar.”
Vaqif Əsədovun sözlərinə görə, övladlarını dərsə gətirən valideynilərin bir dəqiqə olsa belə təhsil ocağının qarşısında avtomobilini saxlaması iki və üç hərəkət zolağı olan yollarda yüzdən artıq nəqliyyat vasitəsinin beş dəqiqə ləngiməsi deməkdir.
Paytaxt ərazisindən köçürülməsi təklif olunan ali təhsil müəssisələrindən biri də İqtisad Univeristetidir. Həmin təhsil müəssisəsindən bildirirlər ki, önəmli olan təhsilin keyfiyyətidir. Universitetin harada olmasından aslı olmayaraq, bütün güc təhsilin səviyyəsinin qaldırılmasına yönəldilməlidir. Köçürülməsi nəzərdə tutlan digər təhsil ocaqları isə Dillər Universiteti , Slavyan Universitetivə Pedaqoji Universitetidir. Həmin ali məktəblərin Sumqayıt , Abşeron, Saray və Ceyranbatan ərazilərində yerləşdiriləcəyi qeyd edilir.
Universitetlərin şəhərin mərkəzindən kənarlara köçürülməsi ilə bağlı layihələr inkişaf etmiş ölkələrdə uzun illərdir ki, həyata keçirilir. Qonşu Türkiyədə universitetlərin çoxunun tələbə şəhərcikləri var. Bu tip tələbə şəhərcikləri tələbələrin təhsili, istirahəti və yaşaması üçün bütün sosial obyektlərlə təmin olunub. Avtomobili olmayan tələbələr isə aylıq ödəniş etməklə, xüsusi avtobuslarla universitetə gedib gələ bilərlər.
http://avtosfer.az/
Son xəbərlər
Digər xəbərlər