Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tofiq Yusuf oğlu Rəfiyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilməsi barədə sərəncam imzalayıb.
Sərəncamda bildirilir ki, Azərbaycan müdafiə sənayesinin inkişafı sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Tofiq Yusuf oğlu Rəfiyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.