9 C
Baku
Wednesday, November 13, 2024

“Togg” gələn il Avropa bazarına çıxarılacaq

Türkiyənin ilk yerli elektromobili “Togg” 2025-ci ilin əvvəlində Almaniyada satışa çıxarılacaq. Ötən aylarda Las-Veqasda təqdim edilən “fastback” modelinin də bazara çıxması gözlənilir. Elektromobilin təkmilləşdirilməsi davam edir. Ən son yeniliklərdən biri insan üzünün tanıması olub.

Bu barədə Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır bildirib.

Müdafiə sənayesi üzrə milli texnologiyalardan danışan nazir ilk hədəfin 2028-ci ildə 20 ədəd yerli, beşinci nəsil KAAN təyyarəsinin Türkiyə Silahlı Qüvvələrinə təhvil veriləcəyi həddə inkişaf etdirilməsi olduğunu deyib.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər