24 C
Baku
Thursday, May 8, 2025

Toğrul Məmmədov “Pro Leasing” şirkətinin Baş direktoru təyin olundu

Toğrul Məmmədov 2025-ci ildən etibarən “Pro Leasing” şirkətinin Baş direktoru vəzifəsinə təyin olunub.

Banker.az xəbər verir ki, Məmmədov Toğrul Əlibəndə oğlu 1985-ci ildə Bakı şəhərində anadan olub, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunudur. O, maliyyə sektorunda 18 illik peşəkar təcrübəyə malikdir. “Kapital Bank”, “Azər-Türk Bank”, “Bank of Baku” və “Global Leasing” kimi maliyyə qurumlarında müxtəlif rəhbər vəzifələrdə çalışaraq özünü peşəkar və məsuliyyətli lider kimi təsdiqləmişdir.

Ailəlidir, iki övladı var.

Qeyd edək ki, 2024-cü ildə təsis olunan “Pro Leasing” şirkəti fəaliyyətini əsasən aqrar sahədə lizinq xidmətləri üzərində qurub. Şirkət kənd təsərrüfatının inkişafına dəstək məqsədilə müasir və əlçatan maliyyə həlləri təqdim etməyi qarşısına məqsəd qoyub.

Son xəbərlər
Digər xəbərlər