14 C
Baku
Saturday, November 23, 2024

Toivo Klaar İrəvanda Ermənistan rəhbərliyi ilə danışıqları yekunlaşdırıb

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar İrəvanda Ermənistan rəhbərliyi ilə danışıqları yekunlaşdırandan sonra Türkiyənin İstanbul şəhərinə gedib.

Bunu diplomat tviterdə yazıb.

O, paylaşımında İrəvan səfərinin qısa, lakin mənalı olduğunu qeyd edib. Aİ nümayəndəsi Türkiyəyə səfərinin məqsədini açıqlamayıb.

Xatırladaq ki, T.Klaar dekabrın 8-də Ermənistanın paytaxtı İrəvanda olub. O, səfər çərçivəsində bu ölkənin Baş naziri Nikol Paşinyanla Ermənistanla Azərbaycan arasındakı münasibətlərin normallaşmasını müzakirə edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər