Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaarın mandatı uzadılıb.
Bu barədə bu gün Aİ Şurası qərar qəbul edib.
Klaarın mandatı daha bir il, 2024-cü il avqustun 31-ə qədər uzadılıb.
Toivo Klaar 2017-ci il noyabrın 13-də Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə Aİ-nin Xüsusi Nümayəndəsi təyin edilib. Onun vəzifəsi regiondakı münaqişələrin sülh yolu ilə həllinə töhfə vermək, həmçinin Ermənistan, Azərbaycan və Gürcüstan və müvafiq olaraq bu qonşu ölkələr arasında regional əməkdaşlığı təşviq etməkdir.