21 C
Baku
Wednesday, May 1, 2024

Tokayev ərzaq təhlükəsizliyi üçün “yaşıl dəhliz” yaratmağı təklif edib

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ərzaq təhlükəsizliyini təmin etmək üçün Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə (AQEM) iştirak edən ölkələr arasında “yaşıl dəhlizlər” yaratmağı təklif edib.

Qazaxıstan prezidenti bu barədə AQEM-in 6-cı Zirvə Toplantısında danışıb.

“Biz mühüm məhsulların milli standartlara uyğunluğunun qiymətləndirilməsi üçün vahid yanaşmalar hazırlamalı, həmçinin bu kateqoriyalı mallar üçün Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə üzv dövlətlər arasında “yaşıl dəhlizlər” təşkil etməliyik. AQEM məkanında ərzaq təhlükəsizliyinin təminatı üçün real işlək mexanizm yaratmaq vacibdir”, – deyə Tokayev çıxışında vurğulayıb.

MənbəModern.az
Son xəbərlər
 ⁠
Digər xəbərlər