8 C
Baku
Saturday, December 3, 2022

Tokayev Aktau və Kurık limanları vasitəsilə neft nəqlinin həcmini artırmağı tapşırıb

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bazar ertəsi Manqistau vilayətinin ictimaiyyəti ilə görüşündə Aktau və Kurık limanları vasitəsilə neft nəqlinin həcmini ildə 20 mln. tona çatdırmağı tapşırıb.

Kasım-Jomart Tokayevin sözlərinə görə, dünya bazarlarında mövcud vəziyyəti nəzərə alaraq, Transxəzər marşrutunun gələcək inkişafı xüsusi əhəmiyyət kəsb edir.

“Bu məsələdə bizim tərəfdaş ölkələrlə qarşılıqlı anlaşma var. Biz Aktau və Kurık limanlarının bütün mövcud imkanlarını işə salmalıyıq ki, ötürücülük qabiliyyətini artıraq və neft nəqlinin həcmini ildə 20 mln. tona çatdıraq”, – Kasım-Jomart Tokayev qeyd edib.

Son xəbərlər
Digər xəbərlər
X